Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Hoffenhaym”ın sağ cinah müdafiəçisi Jeremi Tolyanı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Bu transfer üçün "Borussiya"nın qarşı tərəfə 5 milyon avro ödəyəcəyi bildirilir.
 
“Hoffenhaym”ın yetirməsi olan Tolyan Almaniyanın gənclərdən ibarət millisinin üzvüdü. O, 2013-cü ildən "Hoffenhaym"da çıxış edirdi.

88276 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp