İtaliya çempionu “Yuventus” daha bir futbolçunun transferini bitirmək üzrədi.

Futbolinfo.az xəbər verir ki, “qoca sinyora” Almaniyanın “Şalke” klubunun müdafiəçisi Benedikt Hövedeslə anlaşıb. Artıq almaniyalı futbolçu tibbi müayinədən keçmək üçün Turinə gəlib. Bu barədə klubun rəsmi saytında məlumat verilib və hətta futbolçunun şəkli də yayılıb. Tezliklə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, “Şalke”nin yetirməsi olan 29 yaşlı futbolçu 2011-ci ildən Almaniya yığmasının da şərəfini qoruyur.

88275 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp