Fransanın "Olimpik" (Marsel) klubu növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Valensiya” klubunun müdafiəçisi Aymen Abdennuru heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda 28 yaşlı tunisli oyunçunun 1 illik icarəyə götürüldüyü qeyd olunub. Lakin marsellilər Abdennuru mövsümün sonunda birdəfəlik rənglərinə bağlaya biləcəklər.

Tunis millisinin də şərəfini qoruyan mərkəz müdafiəçisi karyerası ərzində “Monako”, “Verder”, “Tuluza” kimi komandalarda oynayıb. O, Tunisin "Etual dyu Sahel" klubunun yetirməsidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp