İngiltərənin “Vest Bromviç” klubu növbəti transferini gerçəkləşdirib. 

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Arsenal”ın müdafiəçisi Kiran Gibbsi heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı ingilis futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

“Vest Bromviç” müdafiəçinin transferi üçün “topçular”a 7,5 milyon avro təzminat yödəyib. Gibbs yeni komandasında 3 nömrəli formanı geyinəcək.

“Arsenal”ın yetirməsi olan Gibbs ötən mövsümdə 22 oyunda şans qazanıb. O, bütövlükdə “topçular”ın heyətində 230 oyunda 6 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp