Azərbaycanın U-15 və U-16 milli komandalarının baş məşqçisi Vüqar Məmməd Türkiyəyə səfər edib. 

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis qardaş ölkənin "Altınordu" klubu ilə yaxından tanış olub. Vüqar Məmməd Küveytin "El Arabi" klubunun idman direktoru Xalid Albaqani ilə birgə İzmir təmsilçisinin düşərgəsini gəzib. "Altınordu"nun baş məşqçisi Hüseyn Eroğlu Vüqar Məmməd və Xalid Albaqanini klubun bazası ilə tanış edib.
 
Vüqar Məmməd Türkiyə mətbuatına açıqlamasında "Altınordu"nu yaxından izlədiyini bildirib: "Altınordu"nun aşağı yaş qrupları ilə iki mövsümdü ki, yaxından maraqlanıram. Bu komandanın şəraiti "Trabzonspor"la "Beşiktaş"dan daha yaxşıdı. Bu modeli Azərbaycanda da tətbiq edəcəyik".

Küveytli Xalid Albaqani isə "Altınordu" ilə işbirliyi görəcəklərini açıqlayıb.
 
"Altınordu"nun çalışdırıcısı Hüseyn Eroğlu isə bunları söyləyib: "Təcrübəmizi hər kəslə paylaşmağa hazırıq. Qarşılıqlı fikirlər və alış-veriş də şərtdi".

Qeyd edək ki, "Altınordu" Türkiyə futboluna bir çox məşhur oyunçular bəxş edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp