Almaniyanın əsas Bundesliqa təmsilçisi “Volsfburq” müdafiəçisi Kristian Treşlə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını aşağı liqada davam etdirəcək. Belə ki, o, 2-ci Bundesliqada mübarizə aparan “İnqolştadt”la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Treş yeni klubuyla 4 illik müqaviləyə imza atıb.

Vaxtilə (2009-2011) Almaniya millisinin də şərəfini qorumuş müdafiəçi 2011-ci ildən “Volfsburq”un üzvü idi. O, ötən mövsümdə 14 oyunda şans qazanıb.

Qeyd edək ki, "1860 Münhen" klubunun yetirməsi olan futbolçu bir neçə il "Ştutqart"da da forma geyinib. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp