İngiltərənin "Vest Bromviç" klubu heyətinə daha bir futbolçu cəlb edib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın PSJ klubunda forma geyinən polşalı futbolçu Qjeqoj Krıxovyakı icarəyə götürüb. 27 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayına kimi İngiltərədə çıxış edəcək.

Krıxovyak ötən mövsüm PSJ-də 19 oyunda forma geyinib. O, Paris klubunda 2016-cı ildən çıxış edir.

Fransanın "Bordo" klubunun yetirməsi olan, peşəkar karyerasına məhz bu komandada başlayan dayaq yarımmüdafiəçisi "Reyms", "Nant", "Sevilya"da forma geyinib. O, Polşa yığmasında 40-dan çox oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp