Almaniyanın "Duysburq" klubu yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, yığmaların oyunları ilə bağlı yaranan fasilədən istifadə edən 2-ci Bundesliqa təmsilçisi əsas Bundesliqada mübarizə aparan Münhenqladbax "Borussiya"sı ilə üz-üzə gəlib. Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi "Duysburq" bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Erat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü fasilədə əvəzlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp