Türkiyənin "Antalyaspor" klubu növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın 3-cü Bundesliqasında çıxış edən "Osnabryuk"dan Nazim Sanqarni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı almaniyalı sağ cinah müdafiəçisi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Nazim peşəkar karyerasına 2013-cü ildə "Alemanniya"da (Aaxen) başlayıb. 2014-cü ildə Düsseldorf "Fortuna"sına üz tutan futbolçu "Osnabryuk"da ötən ildən forma geyinirdi. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp