Türkiyənin "Osmanlıspor" klubu növbəti transferini gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi iranlı futbolçu Payam Sadegianı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Cənubi Azərbaycanı təmsil edən "Maşinsazi" klubundan transfer olunan 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
İran yığmasının da formasını geyinən futbolçu geridə qalan mövsümdə Təbriz klubu ilə 18 oyuna çıxıb, 4 qola imza atıb, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sadegian karyerası ərzində "Zob Ahan", "Persepolis", "Naft Tehran", "Saba Qom" klublarında da oynayıb.