Almaniyanın "Ştutqart" klubu heyətinə yeni qapıçı cəlb edib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Kotbus "Enerji"sində çıxış edən 26 yaşlı almaniyalı qolkiper Aleksandr Meyerin transferini rəsmiləşdirib. Bu barədə klubun saytı məlumat yayıb. Meyer yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Meyer "Enerji"də 2016-cı ildən çıxış edirdi. "Hamburq"un yetirməsi olan qolkiper karyerası ərzində bu komanda ilə yanaşı, "Havelse"də də oynayıb.

"Ştutqart" Meyerin transferini bitirdiyi gün öz qapıçılarından biriylə – Mitçell Langerakla yollarını ayırıb. 29 yaşlı avstraliyalı qapıçı İspaniyanın "Levante" klubuna transfer olunub. 

Shares: