“Zirə” bu yay heyətinə qatdığı Rəşad Sadiqovla yollarını rəsmən ayırıb. Yarımmüdafiəçi ilə anlaşma qarşılıqlı şəkildə pozulub.
 
Futbolinfo.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasında çıxışı başa vurduqdan sonra intizamsızlığa görə əsas komandadan kənarlaşdırılmışdı. Rəşad bu komandasının heyətində Avropa Liqasında keçirdiyi 4 oyunda 1 qola imza atsa da, məhz sözügedən olaya görə Premyer Liqa matçlarında ona güvənilmirdi.
 
Bu hadisədən sonra Rəşad komanda axtarışını dayandırıb. O, ölkə xaricinə yollanmaq istəmir, daxildə isə maraq göstərən yoxdu. Bu səbəbdən futbolçu karyerasını başa vurmağı qətiləşdirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp