Daha bir futbolçumuz legioner karyerasına başlayır. Valeh Seyidov uzun müddətdi düşərgəsində olduğu Portuqaliya klubu ilə rəsmimüqavilə bağladı.
 
Futbolinfo.az xəbər verir ki, Valeh Portuqaliyanın "Louletano" klubu ilə müqavilə bağlayıb. İkinci liqada mübarizə aparan klubla anlaşmanın müddəti 1+1 ildi. "Louletano" hücumçumuzu 6 aylıq baxış mərhələlərdən sonra düşərgəsində saxlamağa qərar verib.
 
"Bakı"nın yetirməsi olan Valeh bu klubun vitse-prezidenti Yaşar Seyidovun oğludu. O, paytaxt təmsilçisinin heyətində həm Premyer Liqada, həm də I divizionda oynayıb. Maraqlıdı ki, müxtəlif liqalarda dəfələrlə qalib və bombardir olmuş forvarda milli komandaların məşqçiləri daim biganə olublar. Seyidov isə inadından dönmədi və hazırlıqlarına ara verməməsi, daim inadkar olması onun Portuqaliya müqavilə imzalaması ilə nəticələndi.
Shares: