21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Akko şəhərindəki "Municipal" stadionunda keçiriləcək İsrail – Azərbaycan oyunu canlı yayımlanacaq.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, matç "CBC Sport" televiziya kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp