Topaz Premyer Liqasındakı fasilədən yararlanan “Neftçi” 2 yoxlama matçı keçirəcək. “Ağ-qaralar” sentyabrın 2-də və 5-də oyuna çıxacaqlar.
 
Futbolinfo.az xəbər verir ki, “Sumqayıt”la növbəti turdakı oyuna hazırlıq məqsədi ilə Elşad Əhmədov komandasını ilk olaraq, division təmsilçisi MOİK-lə matçda sınayacaq. Müvəqqəti baş məşqçi 3 gün sonra da “Neftçi”nin əvəzediciləri ilə görüşdə yetirmələrinin durumuna baxacaq.
 
“Neftçi” “Kəpəz” və “Qəbələ” ilə də oynaya bilərdi. Amma bu komandalar yalnız sentyabrın 4-də oynamaq istədiyindən planlar üst-üstə düşməyib.
Shares: