2017/18 mövsümündə Azərbaycan Birinci Divizionunda çıxış etmək üçün Peşəkar Futbol Liqasına (PFL) beş yeni klub müraciət edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a qurumun Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.
O bildirib ki, “Binə”, “Göyçə”, “Vətən” və “Karvan”la yanaşı, daha bir klub aşağı dəstədə mübarizə aparmaq niyyətindədir. Bu, paytaxtı təmsil edəcək “Xəzər” komandasıdır:
“Hazırda müraciətlərə baxılır. Yekun qərarı sentybarın 6-da AFFA və PFL-in birgə təşkil edəcəyi komissiya verəcək”.
Qeyd edək ki, “Karvan” klubu əvvələr Azərbaycan Premyer Liqasında və Birinci Divizionda çıxış edib. Ötən mövsüm yarışda iştirak edən “Şəmkir”, “Rəvan” və “Şərurspor” növbəti çempionatda yer almayacaqlar.