Futbol üzrə Portuqaliya millisinin və “Valensiya”nın oyunçusu Luis Naninin yeni klubu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək. 30 yaşlı futbolçu A Seriyası təmsilçisi “Latsio” ilə anlaşıb. Bu barədə məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.

Naninin bu gün Romada tibbi baxışdan keçdikdən sonra rəsmi müqavilə bağlayacağı bildirilir. 

İtaliya mətbuatında yer alan xəbərlərə görə, “Latsio” cinah oyunçusuna görə “Valensiya”ya 15 milyon avro ödəyəcək.

Shares: