Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Məsut Bakkal çalışdıracaq. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 53 yaşlı mütəxəssis köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilən Ümit Özatı əvəzləyən Bakkal "Gənclərbirliyi" üçün tanış mütəxəssisdi. Belə ki, o, daha öncə 3 dəfə (2005-2007, 2008-2009 və 2015-ci illərdə) bu komandanın sükanı arxasında çalışıb.
Bakkalın son iş yeri ötən mövsüm çalışdırdığı "Kayserispor" olub. O, bu klubdan başqa "Dənizlispor", "Ankaragücü", "Qaziantepspor", "Manisaspor", "Sivasspor", "Samsunspor", "Karabükspor", "Konyaspor", "Mersin İdmanyurdu"nu da çalışdırıb.
Ü.Özatın rəhbərliyi altında yeni mövsümə yaxşı başlamayan "Gənclərbirliyi" hələ qələbə sevinci yaşamayıb. Komanda 1 xalla Super Liqanın sonuncusudu.