Türkiyənin "Fənərbaxça" klubunun yarımmüdafiəçisi Salih Uçanın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, İsveçrə "Sion"una transfer olunub. Artıq hər iki klub bu transferi rəsmən açıqlayıb. 23 yaşlı oyunçu yeni klubunda 1 il icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Salih "Bucaspor"un yetirməsidi və peşəkar karyerasına da 2010-cu ildə bu komandada başlayıb. 2012-ci ildən etibarən isə o, "Fənərbaxça"da çıxış edir. 2014-2016-cı illər aralığında İtaliyanın "Roma" klubunda icarə əsasında çıxış edən yarımmüdafiəçi ötən il yenidən İstanbul nəhənginin düşərgəsinə dönmüşdü.