İngiltərənin "Liverpul" klubu növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi London "Arsenal"ının futbolçusu Aleks Oksleyd-Çemberleni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi yeni klubu ilə uzunmüddətli müqaviləyə imza atıb.

Britaniya mətbuatı bu transfer üçün "Luverpul"un "Arsenal"a 38 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Oksleyd-Çemberlenlə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" də maraqlanırdı.

İngiltərə yığmasının şərəfini qoruyan Aleks peşəkar karyerasına 2010-cu ildə yetirməsi olduğu "Sauthempton"da başlayıb. 2011-ci ildən isə o, "Arsenal"ın şərəfini qoruyurdu.

Shares: