"Neftçi” Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilə zamanı yoxlama görüşləri keçirəcək.
Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" sentyabrın 2-də MOİK, ayın 5-də isə əvəzedici heyətlə qarşılaşacaq.
Hər iki oyun İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək və saat 17:00-da başlanacaq.