Türkiyənin “Qalatasaray” klubu İtaliya “Yuventus”unun futbolçusu Kvadvo Asamoanı heyətinə qatır.
Futbolinfo.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb. Xəbərdə bildirilir ki, İstanbul təmsilçisi 29 yaşlı qanalı sol cinah müdafiəçisinin keçidi üçün turinlilərə 4,7 milyon avro ödəyəcək.
Afrikalı futbolçunun bu gün İstanbula gələcəyi və tibbi baxışdan keçdikdən sonra 4 illik müqaviləyə imza atacağı qeyd olunur. Onun "Qalatasaray"dan illik 2,5 milyon avro alacağı da vurğulanıb.
Qeyd edək ki, K.Asamoa 2012-ci ildə “Udineze”dən “Yuventus”a keçib. O, Turin komandasının heyətində 97 oyuna çıxıb və 4 qol vurub.