Gələn il Rusiyada təşkil ediləcək DÇ-2018-in daha bir iştirakçısının adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Yaponiya da mundiala vəsiqəni təmin edib. Vahid Halilhodziçin yetirmələri buna seçmə mərhələnin 9-cu turu çərçivəsində Avstraliya ilə keçirilən matçda nail olublar. İnamlı qələbəyə sevinən (2:0) yaponlar Asiya zonasında B qrupunun liderliyini təmin ediblər. Bu isə o deməkdi ki, Səudiyyə Ərəbistanı ilə son turun matçı bu komanda üçün formal xarakter daşıyacaq.
Bununla tarixində 6-cı dəfə dünya çempionatının final mərhələsinə adlayan Yaponiya yığması ev sahibi Rusiya, həmçinin Braziliya və İrandan sonra mundialda iştirak hüququna yiyələnən 4-cü komanda olub.