Türkiyənin "Fənərbaxça" klubu Rusiya "Zenit"inin futbolçusu Luis Netonun transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.
"Fənərbaxça" portuqaliyalı futbolçunu birdəfəlik transfer etmək istəsə, qarşı tərəfə 3.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Neto ötən mövsüm Rusiya klubunun heyətində 35 oyunda 1 qol ötürməsi verib.