“Qəbələ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Alen Askerovu sıralarına qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
2017-ci ildən Azərbaycan yığmasına çağırılan Askerovun son klubu Xorvatiyanın “Noviqrad” komandası olub. Yarımmüdafiəçi 2016-cı ildən çıxış etdiyi bu kluba qədər Rusiyada “Mordoviya”nın (2012-2016) şərəfini qoruyub.