İtaliyanın "Milan" klubu Mbay Nyanqla yollarını ayırıb. 

Futbolinfo.az xəbər verir ki, Milanın eyniadlı təmsilçisi futbolçusunu A Seriyasının digər iştirakçısı "Torino"ya icarəyə verib. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Fransalı hücumçu bu komandada mövsümün sonuna kimi icarə əsasında  çıxış edəcək.

Qeyd edək ki, Nyanq ötən mövsümün ikinci yarısında icarə əsasında “Uotford”da oynayıb. 23 yaşlı futbolçu "Milan"a 2012-ci ildə yetirməsi olduğu Fransanın "Kan" klubundan keçib. O, 2014-cü ildə "Monpelye"də, 2015-də "Cenoa"da da icarədə oynyıb.

Shares: