Almaniyanın "Volfsburq" klubu heyətinə daha bir futbolçu cəlb edib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Liverpul" klubunun hücumçusu Divok Oriqini icarəyə götürüb. Bu barədə "Volfsburq"un rəsmi saytı məlumat yayıb. 22 yaşlı forvard mövsümün sonunadək Almaniya klubunda çıxış edəcək.

Qeyd edək ki, Oriqi ötən mövsüm "Liverpul"un heyətində 43 oyunda 11 qol vurub. O, bu kluba 2014-cü ildə yetirməsi olduğu Fransanın "Lill" klubundan transfer edilib. 

Oriqi Belçika yığmasında 20-dən çox oyun keçirib.

Shares: