Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirdikləri oyunda het-trikə imza atdı.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu cari seçmə mərhələdə vurduğu qolların sayını 14-ə çatdırıb.
Ronaldo bununla da, o vaxtkı Yuqoslaviya yığmasının heyətində Dünya çempionatı-1998-in təsnifat turnirində 14 qol vuran "Real" sabiq hücumçusu Predraq Miyatoviçin rekordunu təkrarlaya bilib.
Dünənki oyunda portuqaliyalılar evdə 5:1 hesabı ilə qalib gəliblər.