Milli komandamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla əlaqədar Topaz Premyer Liqasında fasilə yaranıb.
Futbolinfo.az xəbər verir ki, növbəti tura hazırlaşan "İnter" sentyabrın 2-də yoxlama matçı keçirməyi planlaşdırır. Sözügedən komanda "İnter Arena"da "Qaradağ Lökbatan"la qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq.