İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Vilfrid Boninin yeni iş yeri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü sabiq klubu “Suonsi Siti”yə qayıdıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqaviləyə əsasən, Boni qarşıdakı 2 mövsümdə “Suonsi Siti”nin şərəfini qoruyacaq.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Uels təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün “şəhərlilər”ə 13 milyon avro ödəyib.
Xatırladaq ki, Boni daha öncə, 2013-2015-ci illər aralığında da “Suonsi Siti”nin şərəfini qoruyub. O, son mövsümdə icarə əsasında çıxış etdiyi “Stok Siti”də 11 oyun keçirib, 2 qol vurub.