“Everton”un bir neçə gün əvvəl “Çelsi”yə satdığını açıqladığı Ross Barkli fikrindən daşınıb. Yarımmüdafiəçi London klubunda tibbi müayinə zamanı fikrini dəyişdirib.
O, burada oynamaq istəmədiyini bildirib və klubun bazasından ayrılıb. Berklinin meneceri Pol Martin məsələyə “oyunçum fikrini dəyişdi” açıqlaması verib. Futbolçunun yanvara kimi “Everton”da qalacağı gözlənilir.
Qeyd edək ki, “Çelsi” ÇL-in qrupunda təmsilçimiz “Qarabağ”la eyni qrupda yer alıb.