Slovakiyanın “Jilina” komandasının baş məşqçisi Adrian Qula millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırmalarının səbəblərini açıqlayıb.
 
Futbolinfo.az xəbər verir ki, klubun saytına danışan mütəxəssis bildirib ki, son dövrlər Ramil ona olan ümidləri doğrultmayıb: “Biz əvvəlcə futbolçuya oynamaq şansı verirdik. Amma zamanla hiss edilirdi ki, onun bizimlə birgə olmaq üçün motivasiyası qalmayıb. Bu səbəbdən biz başqa futbolçulara oynamaq şansı verdik, Ramil isə əvəzedici heyətə göndərildi. Yekun nəticədə  onunla əməkdaşlığı dayandırdıq. Ramil özünün istedadına və potensialına baxmayaraq, ola bilər ki, bizim oyun tərzimizə cavab vermirdi. İstənilən halda biz ona “Jilina”dakı çıxışlarına görə təşəkkür edirik”.
 
Qeyd edək ki, müqavilə ilə “Trabzonspor”a məxsus olan Şeydayev bugünlərdə “Jilina”dan ayrılıb. Dünən isə o, icarə qaydasında “Qarabağ”a keçib.
Shares: