Millimizin hücumçusu Ramil Şeydayevi heyətinə qatan “Qarabağ” bu gün ən azı daha bir transferi rəsmiləşdirəcək. Ağdam klubu Yunanıstanın PAOK komandasından yarımmüdafiəçi Pedro Enrikenin keçidi məsələsini həll edib. Günün sonuna qədər “Qarabağ”ın braziliyalı futbolçunun transferini rəsmən açıqlayacağı gözlənilir.
 
Bundan başqa, Ağdam klubunun daha bir transfer gerçəkləşdirəcəyi bildirilir. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl qol.az-a deyib ki, danışıqlar tam yekunlaşmadığından həmin oyunçunun adını açıqlamaq istəmir.
Shares: