Azərbaycan çempionu “Qarabağ” yay transfer pəncərəsinin son günündə növbəti transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Ağdam təmsilçisində keçirəcək. 27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.
Qeyd edək ki, daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.