Türkiyənin "Qalatasaray" klubu Lionel Karol ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçisi karyerasını İspaniya "Sevilya"sında davam etdirəcək. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Fransız futbolçu yeni klubuna azad agent kimi keçib.
"Qalatasaray" Karolu 2015-ci ildə Fransanın "Trua" klubundan transfer etmişdi.