"Milan"ın futbolçusu Mbay Nyanqı icarəyə götürən İtaliyanın “Torino” klubu heyətini daha iki oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi “İnter”in müdafiəçisi Kristian Ansaldini heyətinə cəlb edib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Argentinalı futbolçu “Torino”da iki il icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, Ansaldi “İnter”ə ötən yay “Cenoa”dan transfer edilib. O, A seriyasının ötən mövsümündə 21 oyunda şans qazanıb. 31 yaşlı argentinalı müdafiəçi karyerası ərzində "Nyuells Old Boyz", "Rubin", "Zenit", "Atletiko" (Madrid) klublarında da forma geyinib. Futbolçu bir ara Argentina yığmasında da oynayıb.

Turinlilərin digər transferi də argentinalı futbolçudu. Belə ki, bu yay "Cenoa" ilə yollarını ayıran Nikolas Burdisso azad agent kimi "Torino" ilə müqavilə imzalayıb. 36 yaşlı müdafiəçi ilə neçə illik müqavilə imzalandığı açıqlanmır. Argentina yığmasında 49 oyun keçirmiş futbolçu karyerası ərzində "Boka Xuniors", "İnter", "Roma" klublarında da oynayıb.

Shares: