Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi Luis Pedro Kavandanı icarəyə verib. Belçikalı müdafiəçi karyerasını ölkəsində – “Standard” klubunda davam etdirəcək. Sözügedən klub 26 yaşlı sağ cinah müdafiəçisini bir illik icarəyə götürüb.
Qeyd edək ki, Kavanda "Qalatasaray"a ötən il "Trabzonspor"dan transfer olunub. O, karyerası ərzində "Latsio", "Torino" və "Bari" klublarında da oynayıb.