İngiltərənin "Liverpul" klubu daha bir futbolçusunu icarəyə göndərib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Rayan Kenti Almaniyanın "Frayburq" klubuna göndərib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Almanlar 21 yaşlı ingilis futbolçunu 1 illik icarəyə götürüblər.

Yarımmüdafiənin cinahlarında çıxış edən Rayan "Liverpul"un yetirməsidi. O, əvvəlki mövsümlərdə "Koventri Siti" və "Barnsli" klublarında da icarədə oynayıb.

Shares: