Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov xoşagəlməz yubileyin səbəbkarı olub.

Futbolinfo.az xəbər verir ki, milliləşən legioner DÇ-2018-in Norveçlə səfər matçında meydandan qovulub. Bu qırmızı vərəqə Azərbaycan yığmasının tarixinə 30-cu kimi düşüb. Belə ki, bu görüşədək 30 dəfə oyunçularımız meydandan qovulub. Bədavi isə yığmada 2-ci dəfə qırmızıya layiq görülüb.

Qeyd edək ki, yığmamız Norveçə 0:2 hesabı ilə uduzub. Apasport

Shares: