Türkiyənin "Bursaspor" klubu hücumçu Tomaş Neçidlə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, Bursa təmsilçisi futbolçunu Çexiyanın "Slaviya" (Praqa) klubuna bir illik icarəyə verib.

Qeyd edək ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazla U-21 millimizin üzvü Ozancan Kökcü də "Bursaspor"da çıxış edir. 

Praqa "Slaviya"sı isə ötən gün digər azərbaycanlı futbolçu Fərid Nəbiyevlə müqavilə imzalayıb.

Shares: