"Danışıqlar aparıldı, razılaşdıq və müqavilə bağladıq. Bu keçidə çox şadam".
Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Qarabağ"a keçidini dəyərləndirərkən deyib. 21 yaşlı hücumçu məqsədinin əsas heyətdə oynamaqdan ibarət olduğunu bildirib:
"Bu barədə düşünmürəmsə, niyə bura gəlmişəm və futbolu niyə oynayıram?"
Gənc forvard "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla hələ söhbətinin olmadığını da əlavə edib.
Ramil Şeydayev "Qarabağ"a Türkiyə "Trabzonspor"undan icarə əsasında keçib. Onunla bir illik müqavilə imzalanıb. Report