“İnter” rəhbərliyini təbrik edirik. Hiss olunur ki, tənqidlərdən nəticə çıxarmağa çalışırlar.
 
Mətbuatın tənqidlərindən, xüsusilə “Futbolinfo”nun yazdıqlarından sonra klubun Müşahidə Şurasının sədri Zaur Axundov, icraçı direktor Rəmiş Malıyev əməllərini sahmana saldılar. Klubun ev oyunlarına məcburi gətirilən azarkeşlərin sıralarına ciddi nəzarət başlayıb.
 
Düzdü, “Keşlə”yə çevriləcək komandanın oyunlarına yenə Nizami rayonunun idarə və müəssisələrindən vətəndaşlar məcburi gətirilir. Amma “Futbolinfo”dakı məlum tənqidlərdən sonra artıq xanımlara zor tətbiq olunmur, yalnız kişilər işdən çıxarılması hədəsi ilə “İnter Arena”ya cəlb olunur. Onlar 90 dəqiqə ərzində, sadəcə, say düzəldirlər, azarkeşliklə bağlı adi təsəvvürləri belə yoxdu. Ümid edirik ki, bu aksiyanın da mənasız olduğunu Axundov zamanla başa düşəcək.
Shares: