Gürcüstanın paytaxtı Tiflisdə karyerasını başa vurmuş futbol ulduzlarından ibarət komandalar arasında xeyriyyə matçı keçirilib.

Futbolinfo.az xəbər verir ki, yoldaşlıq görüşü Gürcüstan yığmasının və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Kaxa Kaladzenin təşəbbüsü ilə baş tutub. Onun keçmiş komanda yoldaşları yaxın keçmişin məşhur futbolçuları ilə qarşılaşıb:

Kaladzenin komandası: S.Rossi (Abbyati, 46), Kafu, Kostacurta (Favalli, 46), Kaladze, Kordoba; Kobiaşvili (A.Karbone, 46), Albertini (Amisulaşvili, 61), Boban (Jamarauli, 24; Demetradze, 46); Krespo (Kuranyi, 16); Şevchenko, İaşvili.

Dünya ulduzları: Frey; Salqado (Oddo, 46), Vyerçovod (Annoni, 46), Simiç (Tassotti, 46), Kandela; Ambrozini (Di Byaco, 46), X.Zanetti (D.Baccio, 46), Jankulovski (Di Livio, 46); Rivaldo (Ba, 63), Totti (Zanetti, 90); Toni (Delvekkio, 46)

Görüş dünya yığması komandasının 6:5 hesablı qələbəsi ilə başa çatıb. Matçda qolları Toni (dubl), İaşvili, Salqado, Rivaldo, Kafu, Kurani, Totti, Demetradze, Şevçenko və Delvekkio vurub.

Oyuna bilet satışından əldə olunan bütün vəsait bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpasına sərf olunacaq.

 

Shares: