Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə zamanı bəzi klublar yoxlama görüşü keçirməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, artıq "Qəbələ" və "Neftçi" arasında belə bir oyun keçirməklə bağlı razılıq əldə olunub.
Paytaxt klubunun yaydığı məlumata görə, sözügedən kollektivlər oktyabrın 7-də İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında üz-üzə gələcəklər. Oyun saat 16:00-da start götürəcək.