Rusiya 1-ci divizionunda 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb. Voronej təmsilçisi səfərdə “Olimpik Nijni” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Fakel" geridə qalan turlarda topladığı 13 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.