Futbol üzrə İngiltərə Premyer Liqasında 7-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Haddersfild” “Tottenhem”i qəbul edib. Bu oyunda qonaqlar böyük hesabla qalib gəliblər.

Turun mərkəzi matçı da ilk oyun günündə baş tutub. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” “Mançester Siti”ni qəbul edib. Mançesterlilər minimal hesabla üstün olublar. 

Mançesterin digər təmsilçisi – MY də doğma meydanda "Kristal Pelas"a qalib gəlib. "Lester" isə xal itkisi ilə üzləşib.

Son gündə "Arsenal" doğma meydanda "Brayton"a qalib gəlib. "Liverpul" isə "Nyukasl"la səfər oyununda xal itkisi ilə üzləşib.

İngiltərə Premyer Liqası
7-ci tur

30 sentyabr

“Haddersfild” – “Tottenhem” 0:4
Qol: Keyn, 9; 23. Deyvis, 16. Sissoko, 90.

“Bornmut” – “Lester Siti” 0:0

“Mançester Yunayted” – “Kristal Pelas” 4:0
Qol: Mata, 3. Fellaini, 35; 49. Lukaku, 86.

“Stok Siti” – “Sauthempton” 2:1
Qol: Diuf, 40. Krauç, 85 – Yoşida, 75.

“Vest Bromviç” – “Uotford” 2:2
Qol: Rondon, 18. Evans, 21 – Dukure, 37. Riçarlison, 90.

“Vest Hem” – “Suonsi Siti” 1:0
Qol: Saxo, 90.

“Çelsi” – “Mançester Siti” 0:1
Qol: De Bruyne, 67.

1 oktyabr

“Arsenal” – “Brayton” 2:0
Qol: Monreal, 16. İvobi, 56.

“Everton” – “Bernli” 0:1
Qol: Hendrik, 21.

“Nyukasl” – “Liverpul” 1:1
Qol: Xoselu, 36 – Koutinyo, 29.

Shares: