Futbol üzrə Türkiyə çempionatında 7-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Fənərbaxça” “Akhisar”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Lider “Qalatasaray” ikinci oyun günündə meydana çıxlb. “Sarı-qırmızılar” aşağı pillələrdə qərarlaşmış “Karabükspor”u qəbul edib. Beş qolluq oyunda meydan sahibləri növbəti qələbəsini rəsmiləşdirib.
Millimizin hücumçusu Dəniz Yılmaz və gənclərdən ibarət yığmamızın üzvü Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” sabah “Kayserispor”un qonağı olub və məğlubiyyətlə üzləşib.
Turun mərkəzi oyununda isə çempion “Beşiktaş” evdə “Trabzonspor”la qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Mövsümün sürpriz komandasına çevrilən "Göztəpə" isə bu dəfə doğma meydanda "Başakşəhər"ə məğlub olub.
Türkiyə Super Liqası
7-ci tur
29 sentyabr
“Akhisar” – “Fənərbaxça” 1:0
Qol: O.Ayık, 60.
30 sentyabr
“Osmanlıspor” – “Kasımpaşa” 3:0
Qol: M.Çağıran, 16. Çikalleşi, 45. Umar, 59.
“Sivasspor” – “Antalyaspor” 3:1
Qol: H.Arslan, 7; 38; 43 – Djuru, 60.
“Kayserispor” – “Bursaspor” 3:1
Qol: G.Vural, 15. K.Bıyık, 73. Mendes, 87 – Ekonq, 38.
“Qalatasaray” – “Karabükspor” 3:2
Qol: Fequli, 17. Maykon, 22; 90 – Yatabare, 27. Seleznyov, 84-pen.
1 oktyabr
“Malatyaspor” – “Konyaspor” 1:1
Qol: A.Kara, 70 – Eze, 21.
“Alanyaspor” – “Gənclərbirliyi” 4:1
Qol: Mbilla, 9. Fernandes, 20. V.Lav, 58; 90 – A.Özek, 65.
“Beşiktaş” – “Trabzonspor” 2:2
Qol: Talişka, 13. Lens, 58 – O.Şahan, 21. Rodalleqa, 80.
“Göztəpə” – “Başakşəhər” 1:2
Qol: Yahoviç, 90-pen. – Epureanu, 32. Adebayor, 36.