Futbol üzrə İsveç çempionatında 26-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Örebrö" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Start heyətdə meydana çıxan Emin sonadək oynayıb.
Geridə qalan turlarda 29 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 12-ci pillədədi.