DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq. 

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı rəsmi açıqlamada məlumat verilir.

Qeyd olunur ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan – Çexiya matçı sabah saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp