İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Qaret Beyl sıradan çıxıb. Yerli mətbuatın iddiasına görə, Uels yığmasının lideri təxminən bir ay oynamayacaq. Onun noyabrdan tez sıraya dönməsi gözlənilmir.

Zədəsi ciddi olan futbolçu, “Real”la yanaşı, Uels yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Gürcüstan və İrlandiya ilə görüşlərində də meydana çıxa bilməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp